Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan Aİİ-ni Ermənistanla bağlı qərara görə tənqid etdi

2 dəq
Paylaş:
Paşinyan Aİİ-ni Ermənistanla bağlı qərara görə tənqid etdi

Ermənistanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) mayın sonlarında ölkəsi ilə bağlı qəbul etdiyi qərarı edib.

“Operativ Məlumat Mərkəzi-OMM” mediasına istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasında bildirib.

"Əlbəttə, mənim iştirakım olmadan qəbul etdikləri bəyanatla bağlı həmkarlarıma suallarım var və bunun təcrübədə nə demək olduğunu anlamalıyıq. Başa düşməliyik ki, Aİİ-nin hər hansı bir ölkəsi yuxudan oyanıb istənilən ölkəyə qarşı belə qərarlar qəbul edə bilərmi? Mənim qiymətləndirməmə görə, əgər bu sualın cavabı müsbətdirsə, o zaman Aİİ özünü buraxdığını elan edir. Biz isə nəticə çıxarmalıyıq. Çox aydın bir cavab olmalıdır: Aİİ mövcuddur, ya yox? Əgər mövcuddursa, o zaman biz mövqe tutacağıq, mövcud deyilsə, o zaman xüsusi bir mövqe tutmağa ehtiyac qalmayacaq", - deyə o bildirib.

Bundan başqa, Paşinyan hesab edir ki, Rusiyanın Ermənistandan idxala, eləcə də Ermənistan mallarının ölkə ərazisindən digər Aİİ ölkələrinə ixracına tətbiq etdiyi məhdudiyyətlər ən azı təşkilatın bir sıra üzvlərində çox ciddi narahatlıq yaradacaq.

"Avrasiya İqtisadi İttifaqı bir neçə konseptual müddəaya əsaslanır: işçi qüvvəsinin, malların, xidmətlərin və maliyyənin sərbəst hərəkəti. Əgər bu yoxdursa, deməli, Avrasiya İqtisadi İttifaqı da yoxdur", - o vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax