Ermənistanın baş naziri Nikol Paşinyan 28 may tarixində İrəvanda Respublika Meydanında Fransa istehsalı olan silahların nümayiş etdiriləcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Paşinyan bu barədə brifinq zamanı sualları cavablandırarkən danışıb.
O, Fransa Prezidenti Emmanuel Makronun Ermənistan üçün gördüyü işlər və son səfəri zamanı ona verilən təriflərlə bağlı suallara da toxunub.
Silah nümayişinin Ermənistanın Üçüncü Respublika Günü ilə əlaqədar təşkil ediləcəyi qeyd olunub.
Məlumata görə, son illərdə Ermənistan və Fransa arasında bir sıra silah tədarükü müqavilələri imzalanıb. Bu çərçivədə ölkəyə “Caesar” özüyeriyən artilleriya sistemləri, daşına bilən hava hücumundan müdafiə vasitələri, radar sistemləri və “Bastion” tipli zirehli maşınlar daxil olmaqla müxtəlif hərbi texnikalar verilib.