Operativ Məlumat Mərkəzi

Partlayış nəticəsində İsrail ordusunun 18 hərbçisi yaralanıb

1 dəq
Paylaş:
Partlayış nəticəsində İsrail ordusunun 18 hərbçisi yaralanıb

Partlayıcı ilə doldurulmuş pilotsuz təyyarənin partlaması nəticəsində 1 İsrail hərbçisi ağır yaralanıb, daha 17 hərbçi xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə İsrailin nəzarətində olan Qolan təpələrinin şimal hissəsində baş verib.

Yaralanan bütün hərbçilər xəstəxanaya təxliyə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər