Bəzi mütəxəssislər tərəfindən “bir növ epidemiya” adlandırılan Parkinson xəstəliyindən əziyyət çəkənlərin sayının yaxın gələcəkdə 12 milyonu keçəcəyi gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Parkinson xəstəliyi kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.
Çağımızın ən çox rast gəlinən beyin xəstəliklərindən biri olan Parkinson xalq sağlamlığını təhdid edir və 60 yaşdan yuxarı insanları narahat edir.
Xalq arasında "qocalıq xəstəliyi" kimi tanınan və dövrün ən çox görülən degenerativ beyin xəstəliklərindən biri olan Parkinson 2040-cı ildə 12 milyondan çox insanın həyatını təsir edə bilər.
Parkinson xəstəliyinə diqqəti artırmaq və bu xəstəliyə qarşı mübarizəyə diqqəti cəlb etmək məqsədi ilə 11 aprel “Dünya Parkinsonla Mübarizə Günü” kimi qeyd edilib.
Son illərdə bütün dünyada sürətlə yayıldığı üçün mütəxəssislər tərəfindən bir növ “epidemiya” kimi qələmə verilən xəstəlik ilk dəfə 1817-ci ildə London həkimi Ceyms Parkinson tərəfindən təsvir edilmişdir.
Parkinson xəstəliyinin beyin hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasını təmin edən dopamin adlı maddəni istehsal edən beyin hüceyrələrinin korlanması nəticəsində meydana gəldiyi bildirilir. Ən çox görülən simptomları "əzələ sərtliyi, hərəkətdə çətinlik və titrəmə" olan xəstəliyi tam sağaldan heç bir müalicə üsulu yoxdur.
Mütəxəssislərə görə, "qocalıq xəstəliyi" olaraq bilinən və dövrün ən çox görülən degenerativ beyin xəstəliklərindən biri olan Parkinson 2040-cı ildə 12 milyondan çox insanın həyatına təsir göstərə bilər.
Parkinson Fondunun məlumatlarına görə, dünyada Parkinson xəstəliyi ilə mübarizə aparan insanların sayı artıq 10 milyonu keçib.
Məlumatlar göstərir ki, kişilərdə xəstəliyin tezliyi qadınlara nisbətən 1,5 dəfə çoxdur. Bundan başqa, xəstəliyə yoluxanların əksəriyyəti 60 yaşdan yuxarı insanlardır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Parkinson xəstəliyindən əlillik və ölüm riski digər nevroloji xəstəliklərlə müqayisədə daha sürətli artır.
Yunanıstan "Parkinson xəstəliyindən ən çox ölən Avropa ölkəsi" olaraq qeydə alınıb.
2019-cu ilin məlumatlarına görə, Yunanıstanda hər 100 min nəfərə 25,2, İslandiyada 15,6, Finlandiyada 15,4, Almaniyada 15,1, İtaliyada 13,9, Albaniyada 12,8, Böyük Britaniyada 12,7, Hollandiyada 12,4, Belçikada 12,3 və Avstriyada 12,32 nəfər düşür. xəstəlikdən dünyasını dəyişib.
Bu göstərici Yaponiyada 11 , ABŞ- da 10,5, Avstraliyada 8,1 olub .
Rusiyada Parkinson xəstəliyindən ölümlər digər ölkələrlə müqayisədə 100 000 nəfərə 6,4 nəfərlə aşağıdır. Türkiyə 4,1 yaş göstəricisi ilə xəstəlikdən ölümlərin daha aşağı olduğu ölkələr sırasındadır.
Mütəxəssislər xəstəliyə yoluxma və ölüm hallarının sayının artmasını demoqrafik artımla yanaşı, orta ömür müddətinin uzanması ilə əlaqələndirirlər.
ABŞ- da hər il 90 min insan Parkinson xəstəliyinə tutulur
ABŞ-da Parkinson xəstələrinin sayının 2030-cu ilə qədər 1,2 milyona çatacağı təxmin edilir.
1 milyondan çox Parkinson xəstəsinin olduğu ölkədə hər il orta hesabla 90.000 amerikalıya Parkinson diaqnozu qoyulur.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, xəstəlik ABŞ-da ölüm hallarının 14-cü səbəbi arasındadır.