Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb
26.07.2024 21:51
Aa
dəq

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbir ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutur.

Mərasimdə 206 komandadan 10,5 min idmançı iştirak edir.

Açılışı təxminən 300 min tamaşaçı izləyir. Bundan başqa tədbir şəhər sakinləri və qonaqlar üçün nəhəng ekranlarda yayımlanır.

İştirakçılar 116 qayıq vasitəsilə təxminən 6 km məsafəni qət edib Parisin müxtəlif tarixi məkanları və Olimpiya qurğularından yan keçəcəklər.

Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Həftənin ən çox oxunanları

ABŞ ordusu hipersəs raketinin növbəti sınağını keçirəcək

ABŞ ordusu hipersəs raketinin növbəti sınağını keçirəcək
DAVAMIN OXU davamın oxu

Zelenski İtaliyanın Baş naziri ilə görüşüb

Zelenski İtaliyanın Baş naziri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir
DAVAMIN OXU davamın oxu

Çində "Yagi" tayfunu azı 2 nəfərin həyatına son qoyub - VİDEO

Çində
DAVAMIN OXU davamın oxu

ABŞ-da təyyarə qəzasında dörd nəfər ölüb

ABŞ-da təyyarə qəzasında dörd nəfər ölüb
DAVAMIN OXU davamın oxu