2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimi günü şəhərdə asayişi 45 minə yaxın polis qoruyacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Bundan əlavə, 400 müşahidə kamerasının quraşdırılacağı bildirilib. Açılış mərasimi iyulun 26-da Sena çayı üzərində baş tutacaq. Tədbiri sahildən təxminən 500 min tamaşaçının izləyəcəyi gözlənilir.
Qeyd edək ki, Paris-2024 26 iyul-11 avqustda təşkil olunacaq.