Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə yer alıb

Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə yer alıb
04.09.2024 09:07
Aa
dəq

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 22-ci pilləyə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu, paraatlet Lamiyə Vəliyevanın (T13 kateqoriyası) 100 metr məsafəyə qaçışda qızıl mükafat qazanması sayəsində mümkün olub.

Hazırda Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc mükafat sahib çıxıblar.

Siyahıya Çin (53 qızıl, 40 gümüş, 22 bürünc) başçılıq edir. Böyük Britaniya (30 qızıl, 18 gümüş, 13 bürünc) ikinci, ABŞ (20 qızıl, 22 gümüş, 11 bürünc) üçüncüdür.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Həftənin ən çox oxunanları

"Formula 1" pilotu cəzalandırılıb

DAVAMIN OXU davamın oxu

Şahmatçılarımızdan daha bir qələbə

Şahmatçılarımızdan daha bir qələbə
DAVAMIN OXU davamın oxu

"Formula 1"-in qalibi bu gün bəlli olur

DAVAMIN OXU davamın oxu

Lekler sıralama turunu lider başa vurdu

Lekler sıralama turunu lider başa vurdu
DAVAMIN OXU davamın oxu

Avropa Paralimpiya Komitəsinin prezidenti Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüşüb

Avropa Paralimpiya Komitəsinin prezidenti Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüşüb
DAVAMIN OXU davamın oxu