Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni DAYANDIRDI

Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni DAYANDIRDI
28.07.2024 12:30
Aa
dəq

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Straxinya Bunçiçlə (Serbiya) üz-üzə gəlib.

Rəqibinə məğlub olan Y. Nəcəfov turnirlə vidalaşmalı olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Həftənin ən çox oxunanları