Əsas məzmuna keç

Papa Fransisk sentyabrda Cənub-Şərqi Asiya ölkələrinə səfər edəcək

Papa Fransisk sentyabrda Cənub-Şərqi Asiya ölkələrinə səfər edəcək

bu barədə xarici KİV məlumat yayıb. Vatikan Mətbuat sözçüsü Matteo Bruni yazılı açıqlamasında, "Müvafiq dövlət başçılarının və kilsə səlahiyyətlilərinin...

Katoliklərin lideri və Vatikanın prezidenti sentyabrda 4 Cənub-Şərqi ölkəsinə səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Vatikan Mətbuat sözçüsü Matteo Bruni yazılı açıqlamasında, "Müvafiq dövlət başçılarının və kilsə səlahiyyətlilərinin dəvətinə cavab olaraq Papa Fransisk 2-13 sentyabr tarixləri arasında İndoneziya, Papua Yeni Qvineya, Şərqi Timor və Sinqapura apostol səfəri edəcək",- deyə bildirib.

Bruni Papanın 3-6 sentyabrda Cakartaya, 6-9 sentyabrda Port Moresbi və Vanimoya, 9-11 sentyabrda Diliyə, 11-13 sentyabrda Sinqapura səfər edəcəyini bildirib

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…