Pakistanda partlayış baş verib

Pakistanda  partlayış baş verib
04.03.2023 09:56
Aa
dəq

Pakistanın Bəlucistan əyalətində yerləşən mədənlərin birində baş verən partlayış nəticəsində ən azı altı nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Dawn” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, mədənçilər 450 metrdən çox dərinlikdə işləyirmiş. Həmin vaxt mədəndə metan partlayışı baş verib. Mədənin bir hissəsi dağılıb.

Partlayışdan sonra xilasedicilər hadisə yerinə çatıb və dünyasını dəyişən altı şaxtaçının cəsədini səthə çıxarıblar.

Bildirilir ki, metan konsentrasiyası yüksək olduğundan 5 xilasedici iş zamanı huşunu itirib. Onlar ikinci qrup xilasedicilər tərəfindən səthə çıxarılıb. Bütün yaralılar xəstəxanaya çatdırılıb.

Həftənin ən çox oxunanları