Əsas məzmuna keç

Pakistanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Pakistanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Pakistanda meymunçiçəyi virusunun yeni versiyasına ilk yoluxma qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Paxtunxva əyalətinin səhiyyə departamentindən bildirilib.

Vurğulanıb ki, Birləşmiş Əmirliklərindən gələn üç şəxsdə aşkarlanıb.

Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymun çiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…