Pakistanda həftəsonundan bu yana davam edən şiddətli yağışların səbəb olduğu qəzalarda 14 nəfər həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın müxtəlif bölgələrində 3 gün əvvəl başlayan yağışların səbəb olduğu qəzalarda 9-u turist olmaqla 14 nəfər həyatını itirib.
Ölkənin bəzi yerlərində leysan yağışlarının həftə ərzində davam edəcəyi gözlənilir.
Qeyd edək ki, ötən il Pakistanda baş verən daşqınlarda 1739 nəfər həyatını itirib, 33 milyon insan isə təbii fəlakətdən zərər çəkib.