Pakistanın qərbində 5,4 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Nuşka şəhərindən (Bəlucistan əyaləti) 68 km şimal-qərbdə, təxminən 27,6 min əhalisi olan ərazidə olub. Ocaq 10 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.