Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistan İrana qarşı sanksiyalara qoşulmayacaq

1 dəq
Paylaş:
Pakistan İrana qarşı sanksiyalara qoşulmayacaq

Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin İrana qarşı tətbiq olunan birtərəfli sanksiyalara riayət etməyəcəyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Pakistanın Tehranla ikitərəfli ticarət əlaqələrini normaları çərçivəsində davam etdirəcəyini bildirib.

Pakistan XİN sözçüsünün sözlərinə görə, ölkənin xarici siyasəti müstəqil xarakter daşıyır və İslamabad üçüncü tərəflərin tətbiq etdiyi birtərəfli məhdudiyyətlərə əməl etmək öhdəliyi daşımır.

Andrabi vurğulayıb ki, Pakistan İranla iqtisadi və ticarət əlaqələrini davam etdirmək niyyətindədir.

Bu açıqlama İslamabadın Tehranla əməkdaşlığı qorumaq və birtərəfli sanksiyaların iqtisadi münasibətlərə təsirini məhdudlaşdırmaq niyyətinin göstəricisi kimi qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə