Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistan və Türkiyə iqtisadi əməkdaşlığı gücləndirir: 5 milyard dollarlıq ticarət hədəfi

2 dəq
Paylaş:
Pakistan və Türkiyə iqtisadi əməkdaşlığı gücləndirir: 5 milyard dollarlıq ticarət hədəfi

Türkiyə və Pakistan iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Pakistanın Şahbaz Şərifin Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və strateji tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Bildirilir ki, tərəflər qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması istiqamətində birgə fəaliyyət göstərmək niyyətlərini bir daha təsdiqləyiblər.

Qeyd olunur ki, İstanbulda keçirilən “Pakistan–Türkiyə Biznes Konfransı”nda çıxış edən Pakistanın Baş nazirinin müavini və naziri İshaq Dar türk şirkətlərini enerji, mədənçıxarma, infrastruktur, kənd təsərrüfatı, logistika, turizm, informasiya texnologiyaları və müdafiə sənayesi sahələrinə yatırmağa çağırıb.

Məlumata əsasən, İshaq Dar ölkəsində həyata keçirilən iqtisadi islahatların investorlar üçün daha əlverişli biznes mühiti yaratmağa yönəldiyini bildirib.

Bildirilir ki, Türkiyə Prezidenti da türk investorlarını Pakistanda fəaliyyətlərini genişləndirməyə çağırıb. O, Kəraçidə türk şirkətləri üçün Xüsusi İqtisadi Zonanın yaradılması istiqamətində işlərin davam etdiyini qeyd edib.

Qeyd olunur ki, görüşlərdə “Pakistan–Türkiyə Rəqəmsal Dəhlizi”nin yaradılması, 5G texnologiyalarının tətbiqi və proqram təminatı sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Məlumata görə, tərəflər regional məsələləri ətrafında da fikir mübadiləsi aparıblar. Pakistan Şimali Kipr Türk Respublikası ilə bağlı Türkiyənin mövqeyini dəstəklədiyini bəyan edib, Ankara isə Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyinə dəstəyini bir daha ifadə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax