Operativ Məlumat Mərkəzi

Özbəkistan iki sərhəd pozucusunun meyitini Qırğızıstana təhvil verib

1 dəq
Paylaş:
Özbəkistan iki sərhəd pozucusunun meyitini Qırğızıstana təhvil verib
{"az":"bu haqda Qırğızıstan mediası məlumat yayıb. Məlumatda bildirilir ki, sərhədi pozan 2 nəfər Qırğızıstan vətəndaşı Özbəkistan, Qırğızıstan və Qazaxıstan...","en":"","ru":""}

Sentyabrın 1-də Özbəkistanın "Baymak" keçid məntəqəsindən iki Qırğızıstan vətəndaşının meyiti Qırğızıstan tərəfinə təhvil verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda Qırğızıstan mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, sərhədi pozan 2 nəfər Qırğızıstan vətəndaşı Özbəkistan, Qırğızıstan və Qazaxıstan sərhədlərinin kəsişdiyi ərazidə Özbəkistan sərhəd xidmətinin əsgərlərinin atəş açması nəticəsində öldürülüblər.

Özbəkistan tərəfinin məlumatına görə, həmin şəxslər saxlanılmağa cəhd edilərkən sərhədçilərin tələblərinə tabe olmadıqları üçün silah tətbiq olunub. Nəticədə hər iki şəxs ölümcül güllə yarası alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər