Əsas məzmuna keç

Ov mövsümü açıq elan edildi

Ov mövsümü açıq elan edildi

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və bu gündən etibarən Azərbaycan ərazisində ov mövsümünün açıq elan edilməsinə qərar...

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və bu gündən etibarən ərazisində ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti məlumat yayıb.

Xidmətin rəsmisi Arzu Babayeva bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən (https://eco.gov.az/az/nazirlik/elan?newsID=26029) əldə edə bilərlər.

“Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər və yalnız ov üçün ayrılmış ovçuluq təsərrüffatlarının sahələrindən istifadə etsinlər”, - A.Babayeva qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…