Operativ Məlumat Mərkəzi

Ötən sutka 50 yanğına çıxış olub, 1 nəfər xilas edilib

2 dəq
Paylaş:
Ötən sutka 50 yanğına çıxış olub, 1 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 50 yanğına çıxış, 1 nəqliyyat qəzası və 1 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 1 nəfər xilas edilib. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Həmçinin, Neftçala rayonunun Qaçaqkənd kəndində dəmiryolu keçidində yük qatarı və yük avtomobilinin toqquşması nəticəsində avtomobilin altında qalan sürücünün meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər