Ötən il həbsdən azad olunan 312 nəfər özünüməşğulluq proqramı ilə işlə təmin olunub

Ötən il həbsdən azad olunan 312 nəfər özünüməşğulluq proqramı ilə işlə təmin olunub
09.01.2024 11:52
Aa
dəq

Ötən il cəzaçəkmə müəssisələrindən azad olunan 312 nəfər özünüməşğulluq proqramına çərçivəsində işlə təmin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, həmin şəxslərlə bağlı cəmiyyətdə stereotiplər var: "Biz o stereotipləri aradan qaldırmağa çalışırıq. Bu səbəbdən Pentensiar Xidmətlə cəzaçəkmə müəssisələrində olan məhbusların və azad olunan şəxslərin məşğulluqlarının təmin olunması məqsədi ilə əməkdaşlığa başlanılıb. Məqsəd həmin şəxslərin cəmiyyətə inteqrasiyasını sürətləndirməkdir".

M.Abbasbəyli qeyd edib ki, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslər əsasən ictimai işlərə, tikinti sektoruna və daha çox əl əməyi tələb edilən sahələrdə işlə təmin olunur.

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu