Əsas məzmuna keç

Ötən gün qəzaya düşən piyada vəfat edib

Ötən gün qəzaya düşən piyada  vəfat edib

Göyçayda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada ölüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, ötən gün saat 20:50 radələrində rayonun Qarabaqqal kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1949-cu il təvəllüdlü rayon sakini Rafiq Hacıyevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…