Əsas məzmuna keç

Ötən ay yağıntılar normadan az olub

Ötən ay yağıntılar normadan az olub

bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.Noyabr ayının orta aylıq temperaturu 15.1 dərəcə isti olubOnun sözlərinə görə,...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

2025-ci ilin noyabr ayı sabit, mülayim ilə fərqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim bildirib.

Noyabr ayının orta aylıq temperaturu 15.1 dərəcə isti olub

Onun sözlərinə görə, noyabr ayında havanın maksimal temperaturu Bakıda və yarımadasında noyabrın 1-i müsbət 22.5 dərəcəyə, bölgələrdə isə noyabrın 24-ü müsbət 27.6 dərəcəyə qədər yüksəlib: "Havanın temperaturu Bakı və Abşeron yarımadasında iqlim norması ilə müqayisədə 28 gün normadan yuxarı (1.4-7.4 dərəcə), 2 gün isə normadan aşağı (0.2-0.9 dərəcə) olub. Noyabr ayının orta aylıq temperaturu 15.1 dərəcə isti olub ki, bu da iqlim normasından 4.1 dərəcə yuxarıdır. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında noyabrın 22-də 8.8 dərəcə isti, bölgələrdə isə noyabrın 30-da 7 dərəcə şaxta (Sədərək) qeydə alınıb".

Ayın 1-ci ongünlüyündə fasilələrlə yağıb, şimşək çaxıb

Nazim Mahmudov bildirib ki, ay ərzində hava şəraiti mülayim, əsasən yağmursuz keçib, lakin ayın 1-ci ongünlüyündə fasilələrlə yağış yağıb, şimşək çaxıb: "Ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə isə qar yağıb (Kəlbəcər, Laçın, Qubadlı, Murovdağ yüksəkliyi, Şahbuzun dağlıq əraziləri). Yağıntılar bütün ölkə ərazisində normadan az olub. Bölgələr üzrə 11 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox bölgələr üzrə aylıq normanın 17 faizi olmaqla Lənkəran-Astara zonasına (Astara 27 mm), aylıq normanın 35 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 10.3 mm) düşüb.”

Hava proqnozu

20° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 21° 19° yağış 39%
  2. Sabah Günəşli 22° 19°
  3. Birigün Tutqun 23° 19°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…