Əsas məzmuna keç

Ötən ay Bakıda təcili yardıma günvurma ilə bağlı 53 müraciət qeydə alınıb

Ötən ay Bakıda təcili yardıma günvurma ilə bağlı 53 müraciət qeydə alınıb

İyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi olmaqla)...

İyul ayı ərzində Respublika Təcili və Tibbi Yardım Mərkəzinə şəhərindən günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi olmaqla) müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 28 nəfəri müəssisəsinə hospitalizasiya olunub, 21 nəfərə yerində tibbi yardım göstərilib: "Bakı şəhəri üzrə 4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb. Regionlar üzrə günvurma ilə bağlı isə Quba, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olun müraciətlər üzrə 6 nəfər tibb müəssisələrinə hospitalizasiya olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…