Operativ Məlumat Mərkəzi

Orenburqda bir gündə daha 800 ev su altında qalıb

1 dəq
Paylaş:
Orenburqda bir gündə daha 800 ev su altında qalıb
ümumilikdə şəhərdə 3 min ev su altında qalıb.  Donquzskaya və Uralskaya küçələrinin daşması səbəbindən yol polisi avtomobillərinin və sakinlərin...

Ötən gün ərzində Orenburqda daha 800 ev su altında qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ümumilikdə şəhərdə 3 min ev su altında qalıb.

Donquzskaya və Uralskaya küçələrinin daşması səbəbindən yol polisi avtomobillərinin və sakinlərin təxliyəsi üçün əməliyyat xidmətlərinin göndərildiyi bildirilir.

Bundan əvvəl Rusiya Federasiyası Tikinti Nazirliyinin rəis müavini Aleksandr Lomakin bildirib ki, Orenburq vilayətində daşqın nəticəsində yaşayış evlərinə dəyən ümumi zərər 21 milyard rubl (386,4 milyon manat və ya 227,29 milyon dollar – red.) təşkil edə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər