İsrail ordusu 155 girovun ailəsinə onların yaxınlarının HƏMAS tərəfindən əsir götürüldüyü barədə məlumat verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Həcəri bildirib.
Onun sözlərinə görə, hərbçilər məhbusları azad etmək üçün əlindən gələni edir.
"Biz sizin yaxınlarınızı evə gətirmək üçün hər şeyi edəcəyik".