Ukraynanın Avropa Birliyindən (AB) tələb etdiyi 800 milyard dollar Macarıstan vətəndaşlarının pensiyalarını 40 il ödəməyə və ailələri daha 60 il dəstəkləməyə kifayət edər.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” Radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, bu məbləğin miqyası son dərəcə böyükdür.
“Hesablamalara görə, Macarıstan bu pulla 40 il pensiya ödəyə, 60 il isə ailələri dolandıra bilər. Bu, dəhşətli bir məbləğdir. Çoxlu sıfırlı rəqəmlərə öyrəşməmiş hər kəs Avropadan Ukraynanı maliyyələşdirmək üçün nə qədər pul göndəriləcəyini həqiqətən başa düşə bilməz”, – deyə Orban vurğulayıb.
Macarıstanın Baş naziri həmçinin qeyd edib ki, Kiyev Avropa İttifaqından tez-tez təkcə maliyyə yardımı istəmir, eyni zamanda bunu tələb kimi irəli sürür.