Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Orban Avropa İttifaqının təhdidlərinə sərt cavab verdi

2 dəq
Paylaş:
Orban Avropa İttifaqının təhdidlərinə sərt cavab verdi

Macarıstanın , Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta tərəfindən Budapeştin Ukraynaya maliyyə yardımını əngəlləməsi ilə bağlı səsləndirilən tənqidlərə cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, siyasətçi cavab məktubunun surətini özünün "X" hesabında paylaşıb.

Orban məktubunda mövcud vəziyyəti absurd adlandıraraq bildirib ki, Ukrayna üçün fövqəladə energetika problemi yaratdığı halda, ondan heç nə olmamış kimi davranmaq tələb olunur:

"Kiyev normal fəaliyyətə qayıtmayana qədər Macarıstan Ukrayna üçün əlverişli olan heç bir qərarı dəstəkləməyəcək. "Dostluq" vasitəsilə tədarükün bərpası üçün heç bir texniki maneə yoxdur, bu yalnız Ukraynanın siyasi qərarından asılıdır".

Xatırladaq ki, rəsmi Budapeşt Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq krediti bloklayıb. Macarıstanın Xarici İşlər naziri Peter Siyarto qeyd edib ki, Kiyev Rusiya neftinin tranzitini bərpa etməyənə qədər bu qərar qüvvədə qalacaq. Antoniu Koşta isə öz növbəsində bu addımın Macarıstan üçün müəyyən nəticələri olacağı ilə bağlı xəbərdarlıq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax