Əsas məzmuna keç

Orban: Brüsseldə Avropa xalqının iradəsinə məhəl qoyulmadı

Orban: Brüsseldə Avropa xalqının iradəsinə məhəl qoyulmadı

Bu gün Brüsseldə Avropa xalqının iradəsinə qoyulmadı.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “X” sosial şəbəkəsində paylaşım edib.

V.Orban bildirib ki, Avropa Parlamentinə seçkilərdə qalib gələn qüvvələr Rusiya-Ukrayna müharibəsinə daha çox pul və göndərməyə davam edəcəklər:

“Avropa seçkilərinin nəticəsi göz qabağındadır: sağçı partiyalar güclənib, solçular və liberallar isə mövqelərini itiriblər. Avropa Xalq Partiyası seçiciləri dinləmək əvəzinə, sosialistlər və liberallarla birləşib. Bu gün onlar sövdələşib Aİ-də yüksək vəzifələri aralarında bölüşdürdülər.

Onları reallıq, Avropa seçkilərinin nəticələri, Avropa xalqlarının iradəsi maraqlandırmır. Sadəlövh olmamalıyıq, onlar miqrasiyanı dəstəkləməyə və ilə arasındakı müharibəyə daha çox pul və silah göndərməyə davam edəcəklər”.

“Biz buna qarşı susmayacağıq, Avropanın sağçı qüvvələrini birləşdirib, miqrasiya və müharibə tərəfdarı olan bürokratlara qarşı mübarizə aparacağıq”, - Orban yazıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…