Əsas məzmuna keç

Oqtay Şirəliyevin vəziyyəti ağırdır - Xərçəng aşkarlanıb

Oqtay Şirəliyevin vəziyyəti ağırdır - Xərçəng aşkarlanıb

Oqtay Şirəliyevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş...

Sabiq səhiyyə naziri Şirəliyevin səhhətində problem yaranması ilə bağlı məlumat vermişdik. Nazirin müalicə üçün Türkiyəyə aparıldığı deyilirdi.

"Operativ Məlumat Mərkəzi-OMM" “Bakupost”a istinadən xəbər verir ki, Oqtay Şirəliyevin xəstəliyindən əziyyət məlum olub. Bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib.

Xəstəliyin sürətlə inkişaf etməsi keçmiş nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir.

Hazırda Türkiyədə müalicə alan 73 yaşlı eks-nazirin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, Oqtay İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…