ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar Avropa İttifaqının (Aİ) diqqətini Ukrayna böhranından yayındırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nüfuzlu "Politico" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, ötən həftə Aİ daxilində Macarıstanın Ukraynaya ayrılacaq 90 milyard avroluq kreditə qoyduğu qadağanı necə aşmaq yolları aktiv müzakirə olunurdu.
Lakin hazırda birliyin əsas diqqəti ABŞ-nin İrana qarşı hərbi addımlarına yönəlib.
Ekspertlərin qənaətinə görə, Avropa İttifaqının gündəminin dəyişməsi nəticəsində mart ayının sonuna qədər Ukraynanın ciddi maliyyə çatışmazlığı ilə üzləşəcəyi gözlənilir.
Bundan əvvəl Almaniyanın "Berliner Zeitung" qəzeti də öz mənbələrinə istinadən oxşar məlumat paylaşıb. Məlumatda bildirilir ki, ABŞ, İsrail və İran arasındakı münaqişənin kəskinləşməsi fonunda Ukrayna rəhbərliyində yardımların kəsilməsi ilə bağlı qorxu və narahatlıq artmaqdadır.