Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sərhəd açılırsa nə baş verəcək? – Ticarət dövriyyəsi 1 milyard dollara yüksələ bilər

2 dəq
Paylaş:
Sərhəd açılırsa nə baş verəcək? – Ticarət dövriyyəsi 1 milyard dollara yüksələ bilər

Türkiyənin “Yeni Şafak” qəzetinin hesablamalarına görə, arasında quru sərhədinin açılması ikitərəfli ticarət dövriyyəsini 1 milyard dollara qədər yüksəldə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nəşrin məlumatına əsasən, ilkin mərhələdə Əlican sərhəd keçid məntəqəsinin açılması nəzərdə tutulur və bunun bu yay həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, Qars vilayətində Akyaka sərhəd keçid məntəqəsinin açılması üçün də hazırlıqların aparıldığı bildirilir.

Qəzet yazır ki, hər iki keçid məntəqəsinin istifadəyə verilməsi iki ölkə arasında , logistika və ticarət əlaqələrinin yenidən qurulmasına şərait yaradacaq və yük daşımalarının bir hissəsinin Gürcüstan üzərindən keçmədən birbaşa həyata keçirilməsinə imkan verəcək.

“Yeni Şafak”ın hesablamalarına görə, hazırda –Türkiyə ticarət dövriyyəsi 300–350 milyon dollar aralığındadır. Əsas ixrac və idxal məhsulları arasında tekstil və kimya sənayesi məhsulları, qida məhsulları və emal olunmamış qiymətli metallar yer alır.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Ermənistan Xarici İşlər Nazirliyi Marqara keçid məntəqəsinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün istifadəyə hazır olduğunu bildirmişdi. Ermənistan tərəfi Ankaradan sərhədin mərhələli açılması ilə bağlı müsbət siqnallar gözlədiyini açıqlamışdı.

Bununla belə, əvvəlki razılaşmalara baxmayaraq, Türkiyə–Ermənistan quru sərhədi hələ də tam açılmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax