BMT-nin Baş katibi Antonio Quterreş ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının BMT Təhlükəsizlik Şurasına rəqib ola biləcəyi fikri ilə razılaşmır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O, Qəzzada baş verənlərə və görülən tədbirlərə diqqət çəkərək BMT-nin gələcəyi ilə bağlı narahatlıq keçirməsinə ehtiyac olmadığını deyib.
"Qəzzada baş verənlərə, görülən tədbirlərə və əldə olunan irəliləyişə baxsaq, dürüst olaq ki, BMT öz gələcəyi ilə bağlı narahat olmamalıdır. Etdiklərinə görə narahat olmalı olan başqalarıdır.”
Baş katib hazırkı mürəkkəb vəziyyətin dünyanı qarşıdurma vəziyyətinə sürükləyə biləcəyini də vurğulayıb.