Operativ Məlumat Mərkəzi

Onların Mavasi bölgəsinə getmələrini istədilər

1 dəq
Paylaş:
Onların Mavasi bölgəsinə getmələrini istədilər
bununla bağlı xarici KİV məlumat yayıb. İsrail ordusunun sözçüsü Avichai Adraey sosial media hesabında Qəzzanı hissələrə bölən və cənubdakı Xan Yunis...

İsrail ordusu Qəzzanın cənubundakı böyük bir ərazi olan Xan Yunisin boşaldılmasını tələb edərək oraya hücum edəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İsrail ordusunun sözçüsü Avichai Adraey sosial media hesabında Qəzzanı hissələrə bölən və cənubdakı Xan Yunis şəhərində böyük bir ərazini qırmızı rənglə qeyd edən xəritəni paylaşıb.

Xan Yunis şəhərinə hücum edəcəyini açıqlayan İsrail ordusu oradakı fələstinlilərdən sahil zolağındakı Mavasi bölgəsinə getmələrini istəyib.

İsrail ordusunun qırmızı rənglə qeyd etdiyi əraziyə Xan Yunis, eləcə də Qəzzanın cənubundakı əhalinin sıx məskunlaşdığı Abasan və Beni Suheil rayonları daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər