Operativ Məlumat Mərkəzi

Onların ailələrinə Prezident təqaüdü təyin edildi

1 dəq
Paylaş:
Onların ailələrinə Prezident təqaüdü təyin edildi
Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamlarla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Teymurov Pəncəli Nurməmməd oğlunun və Qurbanov Vaqif...

Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamlarla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Teymurov Pəncəli Nurməmməd oğlunun və Qurbanov Vaqif Bəxtiyar oğlunun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hər iki şəhid qəhrəmanımızın ailə üzvlərinə təqaüd təyinatı onların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac olmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

Prezidentin aylıq təqaüdü (2000 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər