Operativ Məlumat Mərkəzi

10 000 suriyalı zəlzələdən sonra öz ölkəsinə qayıtdı

1 dəq
Paylaş:
10 000 suriyalı zəlzələdən sonra öz ölkəsinə qayıtdı
bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ​​ilə sərhəd xəttində qurudan və havadan yoxlamalar...

“Bəzi fitnə törətmək istəyən şəxslər ölkə sərhədlərindən Türkiyəyə qaçqın axınının olduğu iddiasını irəli sürüb. Bu iddialar tamamilə həqiqətə uyğun deyil”.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ​​ilə sərhəd xəttində qurudan və havadan yoxlamalar apardıqdan sonra bildirib.

Nazir qeyd edib ki, əksinə, yaşadıqları evlərə ziyan dəymiş suriyalılar öz torpaqlarına qayıdıb: “Sərhəddən qanunsuz keçid cəhdi olmayıb. Zəlzələdən sonra 10 min 633 suriyalı könüllü olaraq öz torpaqlarına qayıdıb”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər