Ombudsman mina xəritələrinin verilməsi üçün beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırıb

Ombudsman mina xəritələrinin verilməsi üçün beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırıb
11.09.2023 11:06
Aa
dəq

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Ordusunun hərbi qulluqçusunun minaya düşməsi barədə məlumat yayıb.

Ombudsman Aparatından "Operativ Məlumat Mərkəzi-OMM"ə verilən məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan torpaqlarında basdırılmış minalar insanların həyatına təhlükə yaratmaqda davam edir.

"Belə ki, sentyabrın 10-da Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəyyam Eminov Ağdam ərazisində bölmələrimizin təminat yolunda qanunsuz erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Təəssüf hissi ilə qeyd etmək istərdim ki, dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistan tərəfi minalanmış ərazilərin dəqiq xəritələrini ölkəmizə təhvil verməkdən hələ də boyun qaçırır.

Beynəlxalq ictimaiyyətin, nüfuzlu beynəlxalq təşkilatların mina terroru ilə əlaqədar Ermənistana təsir göstərməməsi onların bu cür təxribatlar törətməkdə davam etməsinə, nəticədə çoxsaylı insan itkisinə və ya ağır xəsarətlərə səbəb olmaqdadır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, Ermənistanın bu təxribatlarını qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti hərbi qulluqçularımızın, eləcə də mülki şəxslərin həyatına təhlükə yaradan mina terrorunun qarşısının alınması və dəqiq mina xəritələrinin ölkəmizə təqdim edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıram", - deyə məlumatda bildirilir.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu