Olimpiadada məktəblilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar

Olimpiadada məktəblilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar
02.05.2024 19:09
Aa
dəq

27 aprel – 2 may 2024-cü il tarixlərində Bolqarıstanın Varna şəhərində 41-ci Balkan Riyaziyyat Olimpiadasında milli komandamız uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 3 medal və 2 həvəsləndirici mükafat qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı şəhəri, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Mirhəbib Əsgərov gümüş medal, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Ömər Qədimli və İbrahim Kərimli bürünc medal qazanıblar.

Həmçinin, Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Telman Məmmədov və Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.

Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 18 gümüş və 38 bürünc medal qazanıblar.

Həftənin ən çox oxunanları

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Qarabağ Universitetinə mətbuat katibi axtarılır
DAVAMIN OXU davamın oxu

Nobel mükafatı laureatı Azərbaycana gələcək

Nobel mükafatı laureatı Azərbaycana gələcək
DAVAMIN OXU davamın oxu

Qabiliyyət imtahanlarına qeydiyyat başlayır

Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
DAVAMIN OXU davamın oxu

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıb

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıb
DAVAMIN OXU davamın oxu

Bu günə qədər 35 minə yaxın şəxsə təhsil tələbə krediti verilib

Bu günə qədər 35 minə yaxın şəxsə təhsil tələbə krediti verilib
DAVAMIN OXU davamın oxu