Əsas məzmuna keç

Oktyabrda havanın temperaturu normadan yuxarı olub

Oktyabrda havanın temperaturu normadan yuxarı olub

2025-ci ilin oktyabr ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.1- 6 dərəcə), 4 gün...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

2025-ci ilin oktyabr ayında Bakı və yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.1- 6 dərəcə), 4 gün isə normadan aşağı (1.4-2 dərəcə) olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim məlumat verilib.

Onun sözlərinə görə, orta aylıq temperatur 18.7 dərəcə isti olub ki, bu da iqlim normasından 2.6 dərəcə yuxarıdır, oktyabr ayında havanın temperaturu Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u və 12-si 26.6 dərəcə, bölgələrdə isə (Ordubad) oktyabrın 9-u 34.4 dərəcəyə qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də 6.4 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə oktyabrın 31-də 6.1 dərəcə şaxta (Şahdağ) qeydə alınıb.

Oktyabr ayının bəzi günlərində fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Qrızda (Quba) 10 sm qeydə alınıb. Bölgələrdə 26 gün yağıntılı müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 107 faizi olmaqla Quba-Qusar zonasına (68.4 mm) düşüb.

Nazim Mahmudov qeyd edib ki, oktyabr ayının bəzi günlərində şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 9 xəbərdarlıq (sarı və narıncı) verilib. Bakıda və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 15 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti 28 m/s-dək güclənib.

Hava proqnozu

13° Bakıda indiBuludlu
  1. Bu gün Günəşli 16° 13°
  2. Sabah Az buludlu 14° 12° yağış 64%
  3. Birisi gün Çiskin 14° 11° yağış 82%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…