Operativ Məlumat Mərkəzi

Oğurladıqları avtomobili satmaq istədilər, amma tutuldular

1 dəq
Paylaş:
Oğurladıqları avtomobili satmaq istədilər, amma tutuldular
Bakının Yasamal rayonunda vətəndaşlardan birinə məxsus “Mersedes” markalı avtomobil qaçırılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər...

Bakının Yasamal rayonunda vətəndaşlardan birinə məxsus “Mersedes” markalı avtomobil qaçırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən paytaxt sakinləri Nurlan Cəlilov, Vüsal Dadaşov və Emil Əliyev saxlanılıblar. Onların oğurladıqları avtomobili satmaq istədikləri müəyyən olunub.

Nəqliyyat vasitəsi saxlanılanların gizlətdikləri ünvandan tapılaraq sahibinə təhvil verilib.

Faktla araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər