Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisindəki faktiki hava şəraitini açıqlayıb

2 dəq
Paylaş:
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisindəki faktiki hava şəraitini açıqlayıb

Milli Hidrometeorologiya Xidmətinin "Operativ Məlumat Mərkəzi-OMM"-ə təqdim etdiyi məlumata əsasən, mayın 31-i saat 10:00-a olan vəziyyətə görə ölkənin bir sıra ərazilərində yağıntılı və küləkli davam edib. Bəzi məntəqələrdə yağıntılar intensiv xarakter daşıyıb, Şahdağda isə qar müşahidə olunub.

Yağıntının miqdarı aşağıdakı kimi qeydə alınıb:

  • Ordubad və İsmayıllıda 10 mm;
  • Sabirabadda 9 mm;
  • Daşkəsən və Astarada 8 mm;
  • Göygöl və Sarıbaşda (Qax) 7 mm;
  • Gədəbəy və Şahdağda 6 mm;
  • Xızıda 5 mm;
  • Culfa, Naftalan və Lənkəranda 4 mm;
  • və Qubada 3 mm;
  • Balakən, Zaqatala, Qəbələ, Tərtər və İmişlidə 2 mm;
  • Bakı və yarımadası, Naxçıvan, Şərur, Gəncə, Şəmkir, Tovuz, Oğuz, , Qobustan, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Goranboy, Cəlilabad, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Şəki, Ağdam, Laçın, və Qubadlıda isə 1 mm-dək.

Ərazidə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 24 m/s, Mingəçevirdə 22 m/s, Şahdağda isə 20 m/s-dək güclənib. Bundan əlavə, mayın 30-da saat 13:02-13:06 aralığında Kəlbəcər rayonunun Çəpli kəndinə dolu düşdüyü qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax