Əsas məzmuna keç

NİİM cərimədən yayınan sürücülərə müraciət edib

NİİM cərimədən yayınan sürücülərə müraciət edib

bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. Məlumata görə, NİİM-in müşahidə kameralarının qeydə...

Dayanma və qaydalarını pozan bəzi sürücülər cərimə olunmaqdan yayınmaq üçün müxtəlif üsullardan istifadə etməyi davam etdirirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, NİİM-in müşahidə kameralarının qeydə aldığı videogörüntülərdən də aydın olur ki, bəzi sürücülər dayanma və durma qaydalarını pozmalarına baxmayaraq, avtomobilin dövlət nişanının görünüşünü məhdudlaşdırmağa çalışırlar: “Ancaq həmin sürücülərə xatırlatmaq istəyirik ki, qayda pozuntusu müşahidə kameraları vasitəsi ilə qeydə alınır və sürücünün inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə həmin əraziyə əməkdaşları dəvət edilir. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrinə əsasən dayanma və durma qaydalarının pozulmasına görə iyirmi və qırx manat məbləğində cərimə nəzərdə tutulubsa, Məcəllənin 342.9-cu maddəsinə əsasən vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…