Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Epşteyn işi ilə bağlı yeni detallar ortaya çıxdı

2 dəq
Paylaş:
Epşteyn işi ilə bağlı yeni detallar ortaya çıxdı

ABC News ABŞ Ədliyyə Nazirliyinin Ceffri işi ilə bağlı açıqladığı sənədlərə istinadən məlumat yayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sənədlərə əsasən, Epşteynin vəkili tərəfindən işə götürülmüş şəxsi müstəntiq Pol Laveri 2005-ci ildə basqınından əvvəl onun Floridadakı malikanəsindən bir sıra dəlilləri çıxarıb.

Nəşrin yazdığına görə, şəxsi müstəntiq evdən bir neçə kompüter, iyirmidən çox telefon kitabçası və açıq-saçıq məzmunlu materiallar da daxil olmaqla çoxlu sayda sübut aparıb. Qeyd olunur ki, prokurorlar Epşteynin ilk cinayət işinin istintaqı zamanı həmin materiallara heç vaxt çıxış əldə edə bilməyiblər.

Fevralın 15-də ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı sənədlərin açıqlanmasını başa çatdırıb. istintaq materiallarında adları çəkilən 300 məşhurun olduğunu bildirib. Onların arasında ABŞ Prezidenti Donald , Barak Obama və Bill , həmçinin Bill Qeyts, Elon Mask, Kurt Kobain və Kim Kardaşyanın adları yer alıb.

Ədliyyə Nazirliyi siyahıya daxil edilmənin hər hansı ittiham və ya qanun pozuntusunun təsdiqi anlamına gəlmədiyini vurğulayıb.

Məlumata görə, Ceffri Epşteyn 2002–2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qız üçün Manhettendəki evinə və şəxsi adasına səfərlər təşkil etməkdə ittiham olunurdu. Müstəntiqlər dəvət olunanların ən kiçiyinin 14 yaşında olduğunu müəyyən etmişdilər.

2019-cu ilin avqustunda maliyyəçi həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb, lakin onu xilas etmək mümkün olmayıb.

Daha əvvəl ABŞ-də Klintonların Epşteyn işi üzrə ifadə verməyə razılıq verdiyi də təsdiqlənmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax