Notr-Dam kilsəsində bərpa və təmir işləri sona çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, beş illik bərpa prosesindən sonra kilsə dekabrın 7-də ziyarətçilərin üzünə açılacaq.
Fransanln Mədəniyyət nazirliyi isə tarixi binanın yeni qaydalarla fəaliyyət göstərəcəyini bəyan edib.
Mədəniyyət naziri Raşida Dati dini binaya girişin ödənişli olacağını bildirib.
Dati, adambaşına beş avroluq ödənişin ildə təxminən 75 milyon avro gətirəcəyini və bunun ölkəyə böyük fayda verəcəyini qeyd edib.
Xatırladaq ki, 2019-cu ildə yanğın nəticəsində ziyan dəymiş Notr-Dam kilsəsində genişmiqyaslı yenidənqurma işləri başlanmışdı.