ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Haley Rusiyanın ABŞ, İsrail və İran arasındakı müharibənin uzanmasını istədiyini iddia edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Heylinin sözlərinə görə, Vladimir Putin guya İranla kəşfiyyat məlumatlarını paylaşır və Tehran bu məlumatlardan ABŞ radar sistemlərinə hücum etmək üçün istifadə edir.
O hesab edir ki, Rusiya bu addımlarla münaqişənin daha da uzanmasına çalışır.
“Putin bu müharibəni uzatmaq istəyir, çünki o, diqqəti yayınmış Amerikanın zəif olduğuna inanır. Buna görə də İranın raketlərinin, dronlarının, nüvə proqramının və proksi şəbəkəsinin məhv edilməsi çox vacibdir. Bu, təkcə İran üçün deyil, həm də Rusiya üçün ölümcüldür”, – deyə o bildirib.