Əsas məzmuna keç

Nigeriyada silahlı hücumda 25 nəfər ölüb

Nigeriyada silahlı hücumda 25 nəfər ölüb

Nigeriyanın şimalındakı Katsina əyalətində baş verən silahlı hücumlarda ilkin məlumatlara görə 25 nəfər həlak olub. Bu barədə xarici KİV məlumat yayıb....

Nigeriyanın şimalındakı Katsina əyalətində baş verən silahlı hücumlarda ilkin məlumatlara görə 25 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Katsina sözçüsü Abubakar Aliyu verdiyi yazılı açıqlamada, silahlı üzvlərinin əyalətin Kankara bölgəsindəki Gidan Bofa və Dan Nakvabo kəndlərinə hücumlar təşkil etdiyini söyləyib.

Aliyu bildirib ki, ilkin təsbitlərə görə, hücumlarda ölənlərdən 4-ü polis və 2-si yerli təhlükəsizlik işçisi olub. Bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini qeyd edən Aliyu, hadisə ilə bağlı istintaq başladıldığını bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…