Əsas məzmuna keç

Nigeriyada epidemiya nəticəsində ölənlərin sayı 150-ni keçib

Nigeriyada epidemiya nəticəsində ölənlərin sayı 150-ni keçib

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada, Lassa epidemiyasının paytaxt Abuca ilə yanaşı 26 əyalətə də yayılmağa davam...

Nigeriyada heyvandan insana keçən və ölümlə nəticələnə bilən Lassa epidemiyasında bu il həyatını itirənlərin sayı 151-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Xəstəliklərə Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada, Lassa epidemiyasının Abuca ilə 26 əyalətə də yayılmağa davam etdiyi bildirilib.

Açıqlamada, yanvar ayından bu yana ölkədə Lassa qızdırması şübhəsi ilə 4555 hadisənin qeydə alındığı, onlardan 869-nun analizlərinin müsbət bildirilib.

Epidemiya səbəbiylə həyatını itirənlərin sayının 151-ə yüksəldiyi qeyd edilən açıqlamada ölənlərin çoxunun uşaq olduğu paylaşılıb.

Nigeriya hökuməti fevralın əvvəlində Lassa epidemiyasına görə "fövqəladə vəziyyət" elan edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…