Operativ Məlumat Mərkəzi

Nigeriyada menenjit epidemiyası, 52 nəfər ölüb

2 dəq
Paylaş:
Nigeriyada menenjit epidemiyası, 52 nəfər ölüb
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada, 1 yanvar - 5 mart tarixləri arasında paytaxt Abuca ilə yanaşı, 21 ştatda da...

Nigeriyada menenjit epidemiyası nəticəsində 52 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada, 1 yanvar - 5 mart tarixləri arasında paytaxt Abuca ilə yanaşı, 21 ştatda da menenjit xəstəliyinə rast gəlindiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, sözügedən dövrdə 628 meninjit xəstəliyi keçirən şəxs aşkarlanıb və onlardan 52-i ölüb.

Epidemiya ilə mübarizə üçün araşdırmaya başlanıldığı bildirilən açıqlamada boyun və baş ağrısı yaşayanların xəstəxanaya müraciət etmələri barədə xəbərdarlıq edilib.

Menenjit hava yolu ilə ötürülə bilər Bəyanatda NCDC-nin 2030-cu ilə qədər xəstəliyə qalib gəlmək üzrə qlobal məqsədə sadiqliyi bir daha təsdiqlənib. Beyindən başlayaraq bütün bədəni təsir edən menenjit hava yolu ilə də keçə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər