Niderland Mərkəzi Bankı son altı ay ərzində Şimali Amerikada, xüsusilə Nyu-York və Ottavada saxlanılan 86 ton qızıl ehtiyatını Böyük Britaniyanın paytaxtı Londona köçürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Niderland Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, köçürmə nəticəsində Şimali Amerikada saxlanılan qızıl ehtiyatlarının 27,5 faizi Böyük Britaniyaya transfer edilib.
Bank rəsmiləri qərarın əsas məqsədinin qızıl ehtiyatlarının beynəlxalq bazarlarda daha rahat alınıb-satılmasını təmin etmək və gözlənilməz iqtisadi böhranlar zamanı daha çevik hərəkət etmək olduğunu açıqlayıblar.
Niderland Mərkəzi Bankının rəhbərliyi qızıl ehtiyatlarının İngiltərə Mərkəzi Bankının anbarlarında saxlanılmasının strateji üstünlüklərə malik olduğunu vurğulayıb.
Qeyd olunub ki, Londonda saxlanılan qızıl ehtiyatları fövqəladə hallar zamanı daha səmərəli şəkildə istifadə oluna və beynəlxalq bazarlarda daha asan likvidləşdirilə bilər.