Niderlanddakı Azərbaycan icması beynəlxalq təşkilatlara müraciət edib

Niderlanddakı Azərbaycan icması beynəlxalq təşkilatlara müraciət edib
27.01.2023 19:25
Aa
dəq

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"yə Azərbaycanın Diaspora Komitəsindən məlumat verilib.

Müraciətdə deyilir:

“Benilüks Azərbaycanlıları Konqresi”, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi və “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun yaydığı bəyanatlarda bildirilib ki, Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumu və qanlı cinayəti hiddətlə qınayırıq".

Baş vermiş terrorun məntiqə və insanlığa sığmadığına diqqəti cəlb edən müraciət müəllifləri dünya ictimaiyyəti və beynəlxalq təşkilatları insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizəyə və ədalətli mövqe tutmağa çağırıblar.

“Regionda sülh və sabitliyə əngəl törədən terror aktı barədə məlumatları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə çatdıraraq, İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısını almaq üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırırıq”, - məlumatda qeyd edilib

Həftənin ən çox oxunanları

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib
DAVAMIN OXU davamın oxu