Əsas məzmuna keç

Niderlandda sənaye zonasında güclü yanğın baş verib

Niderlandda sənaye zonasında güclü yanğın baş verib

bu barədə Niderlandın Yayım Korporasiyası (NOS) məlumat yayıb. Yanğının Ter Aardakı biznes parkında yerləşən sənaye bölgəsində, plastik məmulatlar...

Niderlandın qərbindəki Ter Aarda bölgəsində güclü yanğın olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niderlandın Korporasiyası (NOS) məlumat yayıb.

Yanğının Ter Aardakı parkında yerləşən sənaye bölgəsində, plastik məmulatlar istehsal edilən zavodda baş verdiyi bildirilir.

Yanğın qısa zamanda yaxınlıqdakı iş yerlərini bürüyüb. Eyni zamanda hadisə zamanı partlayış səsləri eşidilib, qaz balonları partlayıb.

Hazırda Ter-Aar xilasediciləri sənaye zonasında yanğının söndürülməsinə çalışır, yanğın nəzarət altına alınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…