Niderland sahillərində göyərtəsində 500 elektromobil olan daha bir yük gəmisində yanğın olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Bildirilib ki, gəmi Şimal dənizində olarkən yanğın baş verib. Onun göyərtəsində 500-ə yaxın elektromobillə yanaşı, 1000 adi avtomobil olub.
Məlumata görə, elektromobillərdəki akkumulyatorlar daha tez alovlandıqlarından maşınların söndürülməsi çətinləşib.
Qeyd edək ki iyulun 27-də Niderlandın Ameland adası sahilindən 27 km şimalda “Fremantle Highway” gəmisində baş verən yanğın nəticəsində 2856 avtomobil yanmışdı. “Mercedes” markalı avtomobillərdən ibarət yük Almaniyadan Misirə aparılırmış. Hadisə nəticəsində 1 heyət üzvü ölüb, 22 dənizçi isə xilas edilib.